Ana Sayfa > M / Karusel / Gündəm > Mədət Quliyevə yeni müavin təyin olundu

Mədət Quliyevə yeni müavin təyin olundu


29-05-2017, 11:51. Yazar: Xeberaz

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinat olub.
DTX-nin Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor İlqar Musayev tutduğu vəzifədən azad edilərək xidmət rəisinin müavini təyin edilib.
 
DTX-dan APA-ya təyinat xəbərini təsdiqləyiblər.
 
Qeyd edək ki, buna qədər DTX rəisinin bir müavini olub. Bu, general-mayor İsmayıl Bağırovdur. 



Geri dön