Ana Sayfa > M / Karusel / Gündəm / M2 / Müsahibə > Sabir Rüstəmxanlı Ramil Usubovla görüşüb – Qardaşına görə

Sabir Rüstəmxanlı Ramil Usubovla görüşüb – Qardaşına görə


23-06-2015, 23:43. Yazar: Xeberaz
Sabir Rüstəmxanlı Ramil Usubovla görüşüb – Qardaşına görə

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı qardaşı Əlövsət Əliyevin və digərlərinin cinayət işinin məhkəməyə çıxarılmasından danışıb.


Xeberaz.az xəbər verir ki, S.Rüstəmxanlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı nazirlə görüşüb: “Əlövsət özü rəsmi müraciət edib. Mən Daxili İşlər Nazirliyində nazir səviyyəsində şifahi söhbət etmişəm, amma rəsmən müraciət etməmişəm. Emin Şəkinskinin özü ilə də danışmamışam”.

Deputat qardaşının məhkəməyə məcburi gətirilməsi variantının mümkün olmadığını deyib: “Əlövsət Almaniyada oturum alıb, buna görə də məhkəməyə məcburi gətirilə bilməz”.

Qeyd edək ki, Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev DİN Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin keçmiş həyat yoldaşı və uşaqlarının ölkədən qanunsuz çıxarılmasına kömək etməkdə ittiham olunur.
Geri dön