Ana Sayfa > M / Karusel / Gündəm / Foto-fakt > Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib17-05-2017, 09:51. Yazar: Xeberaz |
APA-nın xəbərinə görə, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva xatirə gecəsində iştirak edib. Xatirə gecəsi yazıçının sevdiyi bəstəkar Tomaso Albinoninin “Adajio” əsəri ilə başlayıb. Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyeva, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski, yazıçının dostu, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və digərləri xatirə gecəsində çıxış edib. Xatirə gecəsində yazıçının əsərlərindən parçalar təqdim olunub, Maqsud İbrahimbəyovun dostları, doğma Bakı, sevdiyi insanlar haqqında fikirləri səslənib. Sonra Maqsud İbrahimbəyovun həmkarlarının və yaxın dostlarının müsahibələrinin yer aldığı sənədli film nümayiş etdirilib. Advertising Loading...PrevNext Geri dön |