Ana Sayfa > M / Karusel / Maraqlı / M2 > Möhtəşəm bağlanış mərasimində nələr olacaq? (VİDEO)

Möhtəşəm bağlanış mərasimində nələr olacaq? (VİDEO)


23-06-2015, 23:17. Yazar: Xeberaz
Möhtəşəm bağlanış mərasimində nələr olacaq? (VİDEO)
Xeberaz.az xəbər verir ki, Artıq gərgin yarışların 12 günü arxada qalıb. Oyunların sonuna 5 gün qalır. Bununla da ilk Avropa Oyunlarının bağlanışı gündəmə gəlir. Möhtəşəm açılışın təəsüratları hələ yaddan çıxmamış, bağlanışın proqramının necə olacağı indi hər kəsi maraqlandırır. Bəzi detallar rəsmi, bəzisi isə qeyri-rəsmi açıqlanıb. Açılışda yazılan tarix və qazanılan təcrübə bağlanışın da unudulmaz olacağından xəbər verir.

Açılışını səbrsizliklə gözlədiyimiz Avropa Oyunlarının bağlanışına da sayılı günlər qalıb. 12 gün əvvəl hamını heyrətləndirən oyunların açılış mərasimi kimi, sonuncu günün də hamını mat qoyacağı istisna edilmir.

Hətta gənclər və idman naziri Azad Rəhimov Rusiya kütləvi informasiya vasitələrinə müsahibəsində deyib ki, əgər oyunların açılışı klassik şəkildə təşkil olunmuşdursa, bağlanış daha çox karnaval tipli olacaq:

“Bağlanış mərasimi daha çox şən festifal və karnaval tipli olacaq. Bağlanışda daha çox musiqi, müxtəlif rəqs növləri olacaq. Hətta himn əvvəlcədən yazılmış deyil canlı olaraq, bizim müxtəlif tanınmış ifaçılarımız tərəfindən oxunacaq”.

“Bakı 2015”in Əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyir ki, bütün idman yarışlarında açılış və bağlınış mərasimləri eynilik təşkil etmir. Bu səbəbdən də ilk Avropa Oyunlarının da bağlanışı fərqli olacaq:

“50 ölkənin iştirak etdiyi yarışın təntənəli şəkildə bağlanışı keçiriləcək. İnsanlar Milli Olimpiya Stadionu ilə yanaşı, dənizkənarı bulvarda da bağlanışı seyr edə biləcəklər. Proqramın gedişatı ardıcıllığı da açılışda olduğu kimi olmayacaq. Nəzər alsaq ki, bu dünyada ilk oyunlardır və oyunların açılışı və bağlanışın da tarixi burada yazılır”.

Bağlınış mərasimi 2 saat yarım davam edəcək. Lakin bir çox idmançılar bağlanış mərasimində iştirak edə bilməyəcək. Çünki yarışları başa çatan 1600 idmançı öz vətəninə geri dönüb.

Açılış mərasimi bitdikdən sonra Milli Olimpiya Stadionundan çıxan tamaşaçıların nəqliyyat problemi yaşanmışdı. Baxmayaraq ki, tamaşaçıların şəhərin bir neçə istiqamətində metro stansiyalarına çatdırılması üçün kifayət qədər ekspress avtobuslar ayrılmışdı.

Sadəcə insanların növbəyə düzəlməməsi hamının eyni anda avtobusa minmək istəməsi qarışıqlıq yaratmışdı. Bağlanış mərasimində isə bütün bunlar nəzərə alınacaq.


Geri dön