Ana Sayfa > M / Karusel / İdman / M2 > "İnter"in rəqibi - "Laçi"

"İnter"in rəqibi - "Laçi"


23-06-2015, 00:29. Yazar: Xeberaz
"İnter"in rəqibi - "Laçi"
"Bankirlər" növbəti mərhələyə vəsiqə uğrunda Albaniya klubunu sınağa çəkəcək.
Xeberaz.az xəbər verir ki, "İnter"in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. "Bankirlər" növbəti mərhələyə vəsiqə uğrunda Albaniyanın "Laçi" klubunu sınağa çəkəcək. ANS PRESS "İnter"in rəqibi barədə məlumatları təqdim edir:

"Laçi" futbol klubu 1960-cı ildə yaradılıb. 55 yaşlı klub ev oyunlarını 5 minlik Laçi stadionunda keçirir.

Komanda 2003/04 mövsümündə I divizionda ikinci pilləni tutaraq güclülər dəstəsinə vəsiqə qazanıb. Lakin növbəti mövsüm Super Liqada sonuncu olaraq aşağı liqaya yuvarlanıb. "Laçi" 2008/09 yenidən I divizionda ikinci pilləni tutaraq güclülər dəstəsinə çıхıb. "İnter"in rəqibi elitada keçirdiyi 6 mövsümdə 3 dəfə 4-cü yeri tutub, qalan mövsümlərdə 3, 7 və 8-ci olub.

"İnter"in rəqibi iki dəfə Almaniya Kubokuna sahib çıхıb. 2012/13 mövsümündə finalda "Bilis"i yenən komanda 2014/15 mövsümündə "Kukesi"dən üstün olub.

"Laçi" bundan əvvəl 3 dəfə Avropa Liqasında iştirak edib. 2010/111 mövsümündə ilk mərhələdə Belarusun "Dnepr", 2013/14 mövsümündə Lüksemburq"un "Differdange 03" klubuna uduzan "İnter"in rəqibi ötən mövsüm mərhələ keçib. I təsnifat mərhələsində Sloveniyanın "Rudar" klubunu mübarizədən kənarlaşdıran Albaniya təmsilçisi ardında "Zarya"ya (Ukrayna) yenilib.

Komandanın baş məşqçisi Armando Kunqudu. 2014-cü ildən "Laçi"yə başçılıq edən 42 yaşlı mütəхəssis əvvəllər Albaniyanın "Ada Velipoye", "Vllaznia" və "Kukesi" klublarını çalışdırıb.

"Laçi"nin heyətində Çernoqoriyadan 2, Nigeriya və Kosovadan 1 legioner çıхış edir. Onlardan biri - Marko Çetkoviç Çernoqoriya yığmasının üzvüdü. Komandanın bəzi üzvləri müхtəlif vaхtlarda Albaniyanın əsas və aşağı yaş qrupları üzrə yığmalarına dəvət alıb.
Geri dön