Ana Sayfa > M / Karusel / Gündəm > Azərbaycanda 5.3 ballıq zəlzələ - YENİLƏNİB

Azərbaycanda 5.3 ballıq zəlzələ - YENİLƏNİB


11-05-2017, 11:03. Yazar: Xeberaz




 
Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda bu gün baş verən zəlzələ ilə bağlı məlumat açıqlayıb.
 
Mərkəzdən verilən məlumata görə, yerli vaxtla saat 07:24:19-da Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.
 
Zəlzələnin maqnitudası 5.3, dərinliyi 48 km olub.
 
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub. 
 
Zəlzələ həmçinin Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Füzulidə də hiss edilib.   
 
***
 
07:42
 
Bu gün saat 07:00 radələrində Azərbaycanın bir neçə rayonunda zəlzələ baş verib.
 
APA-nın məlumatına görə, zəlzələ Şirvan şəhəri, Salyan rayonu və Lənkəranda hiss olunub.
 
Məlumata əsasən, yeraltı təkanlardan sakinlər təşvişə düşüb. Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.




Geri dön