Ana Sayfa > M / Karusel / M2 / Foto-fakt > Putin, Olland və Merkel bir araya gəlib

Putin, Olland və Merkel bir araya gəlib


22-06-2015, 23:19. Yazar: Xeberaz
Putin, Olland və Merkel bir araya gəlib

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland bir araya gəlib.


Xeberaz.az
Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.

Görüş zamanı Ukraynanın şərqindəgedən proseslərdəki son vəziyyət, Minsk razılaşmasının icrası və sabah Parisdə keçiriləcək “Normandiya kvarteti” (Rusiya, Almaniya, Fransa, Ukrayna) Xarici İşlər Nazirləri Yığıncağı müzakirə edilib.

Tədbirdə Putin atəşkəs pozuntularının sona çatması, konstitusiya reformla əlaqədar problemlərin həll edilməsi və bölgədəki sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması məsələlərinə toxunub.

Liderlər bundan sonra da bu tipli görüşlərin davam edəcəyi haqda qərar qəbul ediblər.
Geri dön