Ana Sayfa > M / Karusel / Siyasət > "Ciddi danışıqların başlanmasının vaxtıdır" - Amerikalı həmsədr

"Ciddi danışıqların başlanmasının vaxtıdır" - Amerikalı həmsədr


10-05-2017, 12:35. Yazar: Xeberaz




"Dağlıq Qarabağ münaqişəsinə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının vaxtıdır".
 
APA-nın məlumatına görə, bu sözləri “Amerikanın Səsi”nə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.
 
“İndi münaqişəyə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının və problemin birdəfəlik həll edilməsinin vaxtıdır. Moskvada aprelin 28-də keçirilən görüş müsbətdir. Hazırda həmsədr ölkələrin nazirləri növbəti addım barədə danışıqlar aparır. Biz həmsədrlər olaraq çalışacağıq ki, bu danışıqları yüksək səviyyəyə qaldıraq”, - deyə o söyləyib.






Geri dön