Ana Sayfa > M / Karusel / Gündəm / M2 / Fotogalereya > Belə velosipedçi aşkar edilərsə dərhal cərimələnəcək.

Belə velosipedçi aşkar edilərsə dərhal cərimələnəcək.


22-06-2015, 22:41. Yazar: Xeberaz
Belə velosipedçi aşkar edilərsə dərhal cərimələnəcək.


Bakı şəhər Dövlət Yol Polis İdarəsi velosiped sürənlərə xəbərdarlıq edib. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları şəhərin mərkəzi küçə və prospektində velosipedi təhlükəli sürənlərə qarşı sərt cəza tətbiq edəcək. Belə velosipedçi aşkar edilərsə dərhal cərimələnəcək.


Xeberaz.az xəzər xəbər-ə istinadən xəbər verir ki, yol hərəkəti haqqında qanunda velosipedçinin hüquq və vəzifələri, eyni zamanda, velosipedin texniki göstəriciləri ilə bağlı müddəalar var. Lakin yol polisi velosipedlərin əksəriyyətinin texniki tələblərə cavab vermədiyini deyir.

Ekoloji cəhətdən velosiped əlverişli sayılsa da, təhlükəsizlik qaydalarında bu nəqliyyat vasitəsinə hər hansı güzəşt nəzərdə tutulmur. Son 6 ayda paytaxt ərazisində 4 velosipedçini avtomobil vurub. Bunların dördü də velosipedçilərin səhvi ucbatından baş verib.


Geri dön