Ana Sayfa > M / Karusel / İqtisadiyyat / M2 > Azərbaycandan İrana qadağa

Azərbaycandan İrana qadağa


22-06-2015, 21:39. Yazar: Xeberaz
Azərbaycandan İrana qadağa

Xeberaz.az
xəbər verir ki, Kənd Təsərrüfati Nazirliyi yanında Dövlət Baytarlıq nəzarəti Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, İran İslam Respublikasının ərazisində toyuqlar arasında yüksək patogenli quş qripinin yayılması ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən Sərəncam imzalanıb.


Bu sərəncamla Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına əsasən İran İslam Respublikasının Mazandaran (Noqardan, Amol əraziləri) əyalətində toyuqlar arasında yüksək patogenli quş qripi (H5N1) xəstəliyinin yayılması və Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması zərurəti nəzərə alınaraq 2015-ci il iyun ayının 22-si tarixindən İran İslam Respublikasının Mazandaran bölgəsindən diri quş, quş məhsullarının, eləcə də damazlıq yumurtaların idxalı müvəqqəti dayandırılıb.

İranda quşlar arasında yayılmış yüksək patogenli quş qripi (H5N1) xəstəliyi ilə bağlı Azərbaycanın bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilib, aidiyyəti dövlət qurumlarına və iş adamlarına bu barədə məlumat verilib.
Geri dön