Ana Sayfa > M / Karusel / İdman / M2 > Tayfur Əliyev və Elvin Məmişzadə ən azı bürünc medalı təmin ediblər.

Tayfur Əliyev və Elvin Məmişzadə ən azı bürünc medalı təmin ediblər.


22-06-2015, 21:16. Yazar: Xeberaz


Tayfur Əliyev və Elvin Məmişzadə ən azı bürünc medalı təmin ediblər.

Bakı-2015 Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi keçirilir.

Xeberaz.az xəbər verir ki, kişilər arasında 52 kq çəkidə təmsil edən Elvin Məmişzadə növbəti rinqinə çıxıb.

1/8 finalda irlandiyalı Keysi Maylsi məğlub edən Elvin Məmişzadə bu dəfə bolqarıstanlı Daniel Asenovla döyüşüb. Gənclər arasında Avropa çempionlarının dueli həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Məmişzadə rəqibini 2:1 (30:27; 30:27; 28:29) hesabı ilə məğlub edib. Boksçumuz yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özünə təmin edib.

14:49

Avropa Oyunlarının 11-ci günü boks yarışları keçirilir.

Xeberaz.az xəbər verir ki, 56 kq-da Tayfur Əliyev danimarkalı Censen Frederiklə üz-üzə gəlib. O, rəqibini 3-0 hesabı ilə məğlub edərək yarımfinala çıxıb.

46-49 kq çəki dərəcəsində boksçumuz Salman Əlizadə irlandiyalı İrvine Brendan ilə qarşılaşıb. Təmsilçimiz rinqdə 2:1 hesabı ilə rəqibə uduzub.
Geri dön