Ana Sayfa > M / Karusel / Şou-Biznes / M2 / Fotogalereya > ANS-in tanınmış aparıcısı qəzaya düşdü – FOTO

ANS-in tanınmış aparıcısı qəzaya düşdü – FOTO


22-06-2015, 21:08. Yazar: Xeberaz
ANS-in tanınmış aparıcısı qəzaya düşdü – FOTO
Mahmudova əyləci basmağa gecikib.

ANS telekanalının məşhur simalarından biri olan Nigar Mahmudova idarə etdiyi avtomobil ilə zəncirvari qəzaya səbəb olub.

Xeberaz.az publika.az-a istinadən xəbər verir ki, Dərnəgül yolunda qeydə alınan hadisə zamanı Mahmudovanın idarə etdiyi 90-HB-373 dövlət nömrə nişanlı “KİA” markalı avtomobil ilə yanaşı, daha 2 avtomobilə də ziyan dəyib.

Hadisə Dərnəgül yolunda, körpünün üstündə baş verib. Qəzaya səbəb kimi ara məsafənin düzgün seçilməməsi göstərilir. Qarşısındakı avtomobilin dayandığının fərqinə varmayan Mahmudova əyləci basmağa gecikib.

Beləliklə, alagözlü aparıcı qarşısındakı avtomobili vurub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Geri dön