Ana Sayfa > M / Karusel / Siyasət / İqtisadiyyat / M2 > PREZDENTİN REKORDU

PREZDENTİN REKORDU


22-06-2015, 18:31. Yazar: Xeberaz
PREZDENTİN REKORDU

Əhalinin 87,3 faizi hazırkı dövlət başçısı İlham Əliyevə verməyi düşünür.

"Azərbaycan əhalisinin əksəriyyəti ölkə Prezidenti İlham Əliyevə etibar edir". Bunu "Rəy" Monitorinq Mərkəzinin iyunun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Xeberaz.az xəbər verir ki, Monitorinq Mərkəzindən ANS PRESS -ə verilən məlumata görə, cavablar göstərir ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 87,3%-i öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi.

"İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi" sualına respondentlərin 83%-ə yaxını "bəli, cavab verir" (tam və ya qismən), 5%-i "xeyr, cavab vermir", 4%-i isə "əsasən cavab vermir" deyə cavab bildirib. Qalan 8% respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.

Sorğu, həmçinin göstərib ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, rəyi soruşulanların mütləq əksəriyyəti (60%) birmənalı olaraq səsverməyə qatılardı. Daha 21% "yəqin ki, iştirak edərdim" cavab variantını seçib. Səsverməyə getməyəcəyini deyən respondentlər isə 12% təşkil edib. Qalan 7% cavab verməkdə çətinlik çəkib.

Hesabat 2015-ci il iyunun 13-15-də keçirilmiş "omnibus" tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb.

Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfər iştirak edib. Nisbi xəta 2,7 faizdir.
Geri dön