Ana Sayfa > M / Karusel / Siyasət / Dünya / M2 > Pentaqondan Rusiyaya müharibə mesajı

Pentaqondan Rusiyaya müharibə mesajı


22-06-2015, 17:46. Yazar: Xeberaz
Pentaqondan Rusiyaya müharibə mesajı

ABŞ müdafiə naziri Eşton Karter: Müttəfiqlərimizi müdafiə edəcəyik
Birləşmiş Ştatlar Rusiyadan düşmən obrazı yaratmır və Rusiya ilə hansısa münaqişəyə can atmır.
Xeberaz.az-ın məlumatına görə, bu barədə ABŞ müdafiə naziri Eşton Karter Berlində bildirib.
“Biz Rusiyadan özümüzə düşmən yaratmırıq. Amma bunu qarışıq salmayın: Biz müttəfiqlərimizi, qanunun aliliyinə əsaslanan dünya nizamını və bu nizamın zəmanət verdiyi xoşbəxt gələcəyi müdafiə edəcəyik”,- deyə Pentaqon başçısı vurğulayır.

Karter bu həftə Avropa turnesinə çıxıb. Almaniyadan sonra o, Estoniyaya gedəcək. Daha sonra 24-25 iyunda o, Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin iclasında iştirak edəcək. Karterin sözlərinə görə, iclasda alyansın Ukraynada baş vermiş hadisələr və Rusiya ilə gərginləşən münasibətlər müzakirə olunacaq.
Geri dön