Ana Sayfa > M / Karusel / Gündəm > Dövlət xidmətinin rəis müavini işdən çıxarıldı

Dövlət xidmətinin rəis müavini işdən çıxarıldı


19-03-2015, 13:46. Yazar: Xeberaz
Dövlət xidmətinin rəis müavini işdən çıxarıldı
Nazirlik məlumat yaydı.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis müavini Emin Şahbazov vəzifəsindən azad olunub.

[b]Xeberaz.az [/b] APA-ya istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.

“Emin Şahbazov öz ərizəsi ilə təqaüdə çıxıb. Rəis müavini postuna gələcək namizədin kimliyi isə kənd təsərrüfatı nazirinin müvafiq əmrindən sonra bəlli olacaq”, - deyə Y.Xanvəli bildirib.

Qeyd edək ki, DBNX-nin rəis müavini vəzifəsinin müvəqqəti icrası da heç kimə həvalə edilməyib.

DBNX-nin strukturunda dəyişiklik gözlənildiyini bildirən Y.Xanvəli hələ ki, bu istiqamətdə yeniliyin olmadığını bildirib.
Geri dön