Ana Sayfa > M / Karusel / Gündəm / Foto-fakt > Leyla və Arzu Əliyeva Bakı marafonunda - FOTO

Leyla və Arzu Əliyeva Bakı marafonunda - FOTO


30-04-2017, 12:08. Yazar: Xeberaz

Leyla və Arzu Əliyeva Bakı marafonunda - FOTO

Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2017" keçirilir. "Xəbəraz.az "qafqazinfo-ya istinadən xəbər verir ki, xeyriyyə məqsədi daşıyan tədbirə ümumilkdə 13 mindən çox iştirakçı qeydiyyatdan keçib.Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 200- dək əcnəbi qoşulub. Tacikistan , Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və nümayəndələri, tələbələr, idmançılar, bir sıra tanınmış ictimai-siyasi xadimlər iştirakçılar arasında olub. Marafona, həmçinin İsveçrə, Meksika, İraq, Brzailiya, Ukrayna, Fransa,Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və digər ölkələrdən gələrək qoşulanlar var. Yarışçılar arasında müxtəlif yaşda olanlar var. Marafonun ən yaşlı iştirakçısı bu vaxtadək müxtəlif ölkələrdə 40-dək marafona qoşulan 78 yaşlı Tarverdi Əliyevdir. Marafon Dövlət Bayrağı Meydanından saat 10:00-da start götürəcək. Qeyd edək ki, “Bakı Marafonu-2017” yarışının mükafatlandırma mərasimi iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda qaçış zolağında mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər. Marafonda Leyla, Arzu Əliyeva bacıları, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Təhsil naziri Mikayıl Cabbarov və Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi Anar Ələkbərov da iştirak edir.

Leyla və Arzu Əliyeva Bakı marafonunda - FOTO
Geri dön