Ana Sayfa > M / Karusel / Dünya / M2 > "Taliban" parlament binasını bombaladı

"Taliban" parlament binasını bombaladı


22-06-2015, 12:55. Yazar: Xeberaz
"Taliban" parlament binasını bombaladı
"Taliban" silahlıları Əfqanıstanın paytaxtı Kabildə parlament binasına hücum edib.Xeberaz.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, terrorçular əvvəlcə partlayıcı ilə dolu avtomobili binanın qarşısında partladıblar. Daha sonra isə tikilməkdə olan binalardan birindən parlamentin gülləbaran edilməsinə başlanılıb. Təhlükəsizlik qüvvələri atəş gələn istiqamətə doğru əməliyyata başlayıblar.

"Taliban" hadisədən sonra məsuliyyəti öz üzərinə götürüb. Təşkilatın nümayəndəsi olan Zabihullah Mücahit deyib ki, Kabildə döyüş hələ də davam edir. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Geri dön