Ana Sayfa > M / Karusel / Dünya / Maraqlı / M2 > Dünyanın ən kök insanı öldü - FOTO

Dünyanın ən kök insanı öldü - FOTO


22-06-2015, 12:42. Yazar: Xeberaz
Dünyanın ən kök insanı öldü - FOTO

Böyük Britaniyanın və dünyanın ən kök insanı vəfat edib.Xeberaz.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, 410 kiloqram olan Karl Tompson öz evində ölü tapılıb. 33 yaşlı K.Tompsonun ölümü barədə qraflığın polisləri məlumat əldə etdikdən sonra onun mənzilinə yollanıblar. Onun cənazəsini evdən çıxarmaq üçün polislər bir neçə saat vaxt lazım olub.
Polis idarəsindən bildirilib ki, onun ölümündə şübhəli heç bir şey yoxdur. Həkimlər dəfələrlə K.Topmsonu xəbərdarlıq ediblər ki, artıq çəki vaxtsız ölümünə səbəb ola bilər. Bəzi məlumatlara görə, o, 1 ildən artıqdır ki, evdən bayıra çıxmayıb.
Geri dön