Ana Sayfa > M / Karusel / Gündəm / Şou-Biznes / M2 / Məşhurların Taleyi > Xatundan Könül Kərimovaya şok cavab: "Ərini əlindən almamışam" - QALMAQAL

Xatundan Könül Kərimovaya şok cavab: "Ərini əlindən almamışam" - QALMAQAL


22-06-2015, 11:51. Yazar: Xeberaz

Xatundan Könül Kərimovaya şok  cavab: "Ərini əlindən almamışam" - QALMAQAL


Müğənni Xatun Əliyevanın həmkarı Könül Kərimovanı parodiya etməsi cavabsız ötüşməyib.Xeberaz.az-ın Lent.az-dan aldığı məlumata görə, “10-lar” verilişinə açıqlama verən K.Kərimova X.Əliyevanın ünvanına bu sözləri deyib: "Ən azı hər kəs böyük-kiçik yeri bilməlidir. Mən qətiyyən onun parodiyasın qəbul etmirəm. Hər kəs ilk öncə özü-özünə hörmət qoysun. Bunu kimlərsə bacarır, çox heyf ki, bacarmır. Nə yaxşı ki, mən belə deyiləm. Çörək kəsdiyim insan kimi bu mənim xoşuma gəlmir. Qarşımdakı bunu eşitmirsə, bunun cavabı nədir? Qarşındakı sənə hörmət etmirsə, necə istəyir, elə davranır ki, kimlərəsə xoş getsin”.

K.Kərimovanın sözlərinə X.Əliyeva sosial şəbəkə vasitəsi ilə cavab verib: “Könül Kərimova ilə heç vaxt intriqamız olmayıb. Bölüşdürə bilməyəcəyimiz heç nə olmayıb. Hər zaman aramızda hörmət-izzət olub. Sadəcə mən parodiya etdim, o da qəbul etmədi. Aramızda da xoşagəlməyən hadisələr baş verdi. İstəməzdim belə olsun. Onu təhqir etməmişəm, ərini əlindən almamışam. Bu qadın indi niyə belə düşmənçilik edir?”
Geri dön