Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə / M2 > Ələt-Astara magistralında QƏZA

Ələt-Astara magistralında QƏZA


22-06-2015, 11:29. Yazar: Xeberaz
Ələt-Astara magistralında QƏZA

Ələt-Astara yolunun 149-cu kilometrliyində, Cəlilabad rayonu ərazisində "VOLKSWAGEN” markalı minik avtomobili “ZİL” markalı yük avtomobili ilə toqquşub. Xeberaz.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qəza nəticəsində yanğın başlayıb. Belə ki, “VOLKSWAGEN” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlığı yanıb. Minik avtomobilinin qalan hissəsi, yük avtomobili və banına yığılmış 2 ton ot bağlaması yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Geri dön