Ana Sayfa > M / Karusel / Hadisə / M2 / Foto-fakt > İKİ NƏFƏR ÖLÜMDƏN QAYITDI

İKİ NƏFƏR ÖLÜMDƏN QAYITDI


22-06-2015, 00:36. Yazar: Xeberaz

İKİ NƏFƏR ÖLÜMDƏN QAYITDI

Axşam saatlarında Bakının Sabunçu və Suraxanı rayonları ərazisində 2 nəfər batmaq təhlükəsi ilə üzləşib.


Xeberaz.azFövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Sabunçuda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.

Digər hadisə Suraxanıda baş verib. Dənizdə (“Hövsan” sularda xilasetmə məntəqəsindən təxminən 450 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 20:37-də başa çatıb.
Geri dön