Ana Sayfa > M / Karusel / Hadisə / M2 > BU qəzada Bir ailənin 4 üzvü yaralandı

BU qəzada Bir ailənin 4 üzvü yaralandı


22-06-2015, 00:31. Yazar: Xeberaz
BU qəzada  Bir ailənin 4 üzvü yaralandı
Gəncə-Daşkəsən yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Xeberaz.az
-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Bayan kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1967-ci il təvəllüdlü Səfiyar Hənifəyev idarə etdiyi "Mitsubishi" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarında olan qayaya çırpıb. Qəza zamanı sürücü və avtomobildə olan, onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Səadət Hənifəyeva və onların övladları, 9 yaşlı Babək və 5 yaşlı Nübar müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların 3-nün vəziyyətini orta ağır qiymətləndirilər.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.
Geri dön