Ana Sayfa > M / Karusel / Şou-Biznes / M2 > “Sizə oruc tutmaq qadağandır”- Nura Suri

“Sizə oruc tutmaq qadağandır”- Nura Suri


21-06-2015, 20:57. Yazar: Xeberaz
“Sizə oruc tutmaq qadağandır”- Nura Suri


“Əgər oruc tutanda əsəbləriniz korlanırsa, həkimə müraciət edin. Yəqin ki, probleminiz var və sizə oruc tutmaq qadağandır”.


Xeberaz.az
“Qafqazinfo”nun məlumatına görə,xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb.

Müğənni oruc tutanların çoxunun hirsli və əsəbi olduğunu iddia edib:

“Anlaya bilmirəm ki, niyə oruc tutanların çoxu hirsli və əsəbi olurlar. Yemək və su fotosu paylaşan birini görəndə az qalırlar həmin insanı dar ağacına çəksinlər. Oruc tutmaq iradəni gücləndirməkdir. Aşbazlar da oruc tuturlar. Hamıya yemək hazırlayıb özləri ac qalırlar. Marketlərdə, bazarlarda işləyənlərin gözlərinin qabağında o qədər yemək-içmək olur. Onların da arasında oruc saxlayanlar var. Əgər oruc tutanda əsəbləriniz korlanırsa, həkimə müraciət edin. Yəqin ki, probleminiz var və sizə oruc tutmaq qadağandır”.
Geri dön