Ana Sayfa > M / Karusel / Gündəm > Sumqayıtda avtomobil yolları əsaslı təmir olunacaq

Sumqayıtda avtomobil yolları əsaslı təmir olunacaq


20-04-2017, 14:51. Yazar: Xeberaz
Sumqayıtda avtomobil yolları əsaslı təmir olunacaq

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Xəbəraz.az "AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd olunur ki, Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Geri dön