Ana Sayfa > M / Karusel / İdman / M2 > Rauf Əliyev "İnter"də

Rauf Əliyev "İnter"də


21-06-2015, 18:20. Yazar: Xeberaz
Rauf Əliyev "İnter"də

Millimizin hücumçusu ilə 6 aylıq müqavilə imzalanıb

Azərbaycan millisinin hücumçusu Rauf Əliyevin oynayacağı klub məlum olub.

Xeberaz.az-ın məlumatına görə, qışda "Xəzər Lənkəran"dan, mövsümün sonunda isə "Neftçi”dən ayrılan Rauf Əliyevin Bakı “İnter” klubu ilə anlaşıb.

"İnter"in mətbuat xidmətindən bildirilib ki, Rauf Əliyevlə altı aylıq müqavilə imzalanıb.

Qeyd edək ki, "Neftçi"yə qış transfer pəncərəsi dönəmində keçən 26 yaşlı hücumçu mövsümün sonunda komandadan göndərilib.
Geri dön