Ana Sayfa > M / Karusel / İdman / M2 > “Neftçi”dən gözlənilən transfer

“Neftçi”dən gözlənilən transfer


21-06-2015, 18:14. Yazar: Xeberaz
“Neftçi”dən gözlənilən transfer

Hazırlığını Avstriyada davam etdirən “Neftçi” heyətinə yeni futbolçu cəlb edib

xeberaz.az “Qafqazinfo”nun məlumatına istinadan xəbər verir ki, “ağ-qaralar” “Simurq”dan ayrılan ispaniyalı futbolçu Xuan Alberto Mellini transfer edib.

“Neftçi” oyunçu ilə 1+1 illik müqavilə imzalayıb.

Xuan Alberto Melli karyerası ərzində “Real Betis”, “Tenerife”, “Gent”, “Şerif”, “Erqotelis” klublarında çıxış edib.

Qeyd edək ki, müdafiəçi komandada 5 nömrəli formanı geyinəcək.
Geri dön