Ana Sayfa > M / Karusel / Maraqlı / M2 / Məşhurların Taleyi > Sevişmə səhnələri yayılan türk aktrisa haqda bilmədikləriniz

Sevişmə səhnələri yayılan türk aktrisa haqda bilmədikləriniz


21-06-2015, 18:00. Yazar: Xeberaz
Sevişmə səhnələri yayılan türk aktrisa haqda bilmədikləriniz
Xeberaz.az aldığı məlumata görə Türk aktrisa Nurgül Yeşilçay mətbuatın gündəminə bu dəfə də açıq-saçıq səhnələrə çəkilməyi ilə düşüb. Sevişmə və erotik səhnələr əslində Yeşilçay üçün yenilik deyil. Bunlara öyrəşən aktrisa ən son çəkildiyi “Gecə” filminə yönələn tənqidlərin iradına “bu, mənim ən çox izlənən filmim olacaq” deyib.

1976-ci ildə Türkiyənin Afyon şəhərində doğulan Yeşilçay Eskişehir Anadolu Universitetinin Teatr bölümündə oxuyub. Artıq ikinci kursdan seriallara, reklamlara çəkilməyə və məşhur olmağa başlayıb. Universiteti bitirdikdən sonra 2002-ci ildə Çağan İrmakın “Asmalı konak” serialında Bahar Karadağ rolunda çəkilib. 2004-cü ildə “Mələklər adası” filminə dəvət alıb. Eyni serialda oynayan Cem Özər ilə evlənib və oğlu dünyaya gəlib. 2005-ci ildə “Eğreti gelin” filmində oynadığı Əminə roluna görə Adana “Qızıl Qoza” Film Festivalında “Ən yaxşı qadın aktrisa” mükafatını alıb.

2006-cı ildə isə ən uğurlu filmlərindən sayılan “Yaşamın Kıyısında” filminə çəkilib. Aktrisa Kann Film Festivalında “Ən yaxşı ssenari” nominasiyası üzrə mükafata layiq görülən bu filmdə lesbiyan Aytən Öztürk rolunu canlandırıb.

Ona uğur gətirən filmlərdən biri də Ərdən Kıralın “Vicdan” filmi olub. Filmdə üç fərqli rol yaradan aktrisa bir neçə festivalda “Ən yaxşı aktrisa” mükafatını alıb.

“Aşk və Cəza”, “Sultan”, “Sənsiz olmaz” seriallarında baş rolu ifa edən Yeşilçay hazırda Türkiyənin ən bahalı aktrisalarındandır. Bu mövsüm çəkildiyi “Paramparça” serialında bir həftə üçün 140 min tl (təxminən 49 min manat) alacaq
Geri dön