Ana Sayfa > M / Karusel / Dünya > ABŞ: “Suriya qırıcılarının 20%-ni məhv etmişik”

ABŞ: “Suriya qırıcılarının 20%-ni məhv etmişik”


11-04-2017, 10:58. Yazar: Xeberaz
ABŞ: “Suriya qırıcılarının 20%-ni məhv etmişik”
Şayrat bazasına endirilən raket zərbələri Suriya Hərbi Hava Qüvvələrinin ümumi aviasiyasının 20%-nin məhvinə səbəb olub.

"Xəbəraz.az " xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə naziri Ceyms Mettis söyləyib. O, Suriya ordusunun Şayratda öz təyyarələrinə yanacaq doldurmaq və silahlandırmaq imkanlarından məhrum olduğunu bildirib.

Qeyd edək ki, ABŞ bundan öncə Suriya hökumətinə məxsus Şayrat bazasına raket zərbələri endirib. Nəticədə Suriyaya məxsus 15 təyyarə məhv edilib.
Geri dön