Ana Sayfa > M / Karusel / Gündəm / M2 / İbadət > Youtube-dan Məhəmməd peyğəmbərə (s.a.s) hörmətsizlik

Youtube-dan Məhəmməd peyğəmbərə (s.a.s) hörmətsizlik


21-06-2015, 00:52. Yazar: Xeberaz
Youtube-dan Məhəmməd peyğəmbərə (s.a.s) hörmətsizlik

Hollandiyada Azadlıq partiyasının lideri Geert Vilders İslam dininə, əsasən də Məhəmməd peyğəmbərə (s.a.s) qarşı karikaturaları Youtube-da yayıb.

Xeberaz.az
ANS PRESS-dən aldığı məlumatına görə, karikaturaların məhz müsəlmanların mübarək Ramazan ayında yayınlanması isə kəskin etirazlara səbəb olub.

Youtube-un isə karikaturaları senzuradan asanlıqla keçirməsi etirazları bir az da alovlandırıb. Vilders bəyan edib ki, karikaturalar iyunun 24-də yerli telekanallardan birində canlı yayımlnacaq. Karikaturalardan ibarət videonun əvvəlində siyasətçi qısa olaraq açıqlama verir. O, islam dininin əleyhinə çıxışlar edir.

Vilders videonu televiziyada yayımlanması üçün telekanallaedan biri ilə danışıqlar apardığını və iyunun 24-də efirə veriləcəyini bildirib.
Geri dön