Ana Sayfa > M / Karusel / Dünya / M2 / Reportaj > Ramazan ayına görə ölüm hökmü təxirə salındı

Ramazan ayına görə ölüm hökmü təxirə salındı


21-06-2015, 00:39. Yazar: Xeberaz
Ramazan ayına görə ölüm hökmü təxirə salındı
Nəvaz Şərif hakimiyyət orqanlarına "müqəddəs ayın toxunulmazlığına" hörmətlə yanaşmağı tapşırıb.

Müsəlmanların müqəddəs Ramazan ayı ərzində Pakistan ölüm hökmünü müvəqqəti olaraq təxirə salıb.

Baş nazir Nəvaz Şərif hakimiyyət orqanlarına, edamla bağlı moratoriuma riayət etməklə,"müqəddəs ayın toxunulmazlığına" hörmətlə yanaşmağı tapşırıb.

Ramazan ölkənin bir çox hissəsində cümə günü başlayıb.

Dekabr ayından bəri Pakistanda 170 nəfərdən çox insanın asılması, insan haqları təşkilatlarının tənqidi ilə qarşılanıb.
Cənab Şərif bir ay davam edəcək moratoriumla bağlı Daxili İşlər Nazirliyi və yerli hakimiyyətləri cümə axşamı xəbərdar edib.
Pakistanın ölüm hökmünə məhkum edilmiş məhbusların sayına görə dünyada birinci olduğu güman edilir.

Ölkədə təxminən 8200 məhbus edam gününü gözləyir. Onlardan bir çoxu 10 ildən artıqdır ki, həbsxanadadır.

Ölüm hökmünə qoyulmuş yeddi illik moratorium keçən il qaldırılıb. Bunun, Talibanın Peşəvərdəki məktəbə ölümcül hücumuna cavab olaraq edildiyi bildirilir.

Bu həftənin əvvəlli ölkə boyu həbsxanalarda ən azı 15 nəfər edam edilib. Onlardan əksəriyyəti qətl törətməkdə ittiham edilib.
Geri dön