Ana Sayfa > M / Karusel / Hadisə / M2 > YENE YOL QEZASI: 5 ölü

YENE YOL QEZASI: 5 ölü


20-06-2015, 21:35. Yazar: Kenan
YENE YOL QEZASI: 5 ölü

Qax rayonunda ağır yol qəzası baş verib.

Xeber.az xeber verir APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə Qax rayonunun girəcəyində baş verib.

10-UX-515 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil qarşıdan gələn 99-BS-466 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobili ilə toqquşub.

Nəticədə “Niva" markalı avtomobilin sürücüsü və 2 sərnişini, "Mercedes" markalı avtomobildə isə 2 nəfər hadisə yerində ölüb.

Hadisə yerinə FHN-in Şəki və Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Muxbir:Kenan Memmedov
Geri dön