Ana Sayfa > M / Karusel / Siyasət / M2 / Fotogalereya > Sarkisyanın iqamətgahına hücum hazırlanır

Sarkisyanın iqamətgahına hücum hazırlanır


20-06-2015, 19:09. Yazar: Xeberaz
Sarkisyanın iqamətgahına hücum hazırlanır

Əgər Ermənistan hakimiyyəti iyunun 22-ə kimi elektrik enerjisi tariflərinin yüksəldilməsi barədə qərarı ləğv etməsə “Talana yox” mitinqləri prezident iqamətgahının qarşısına keçiriləcək.

Xeberaz.az ANS PRESS-dən aldığı məlumatına görə, bu barədə İrəvanın Azadlıq meydanında oturaq aksiya keçirən “Talana yox” vətəndaş təşəbbüsünün üzvləri bildiriblər. İyunun 19-da oturaq aksiyaya başlamış hərəkat iştirakçıları bildiriblər: “Biz hakimiyyətə 22 iyun saat 19:00-a kimi vaxt vermişik. Əgər həmin vaxta kimi qərar ləğv edilməzsə, saat 19:00-da biz hamımız yerimizdən qalxacağıq və Baqramayan küçəsi, 26 ünvanlı binaya doğru hərəkət edəcəyik”.

İrəvanda Taarif Şurası ötən çərşənbə günü keçirdiyi iclasda "Ermənistanın Elektrik Şəbəkəsi" şirkəti (EES) tərəfindən istehlakçılara çatdırılan elektrik enerjisinə yeni tarifləri müəyyənləşdirib. Yeni qərara əsasən, avqustun 1-dən etibarən əhali üçün elektrik enerjisinə yeni qiyməti 6,93 dram (təqribən 0,015 dollar) yüksələcək və gündüz vaxtları üçün bir kVAT/saat üçün 48,78 dama qədər (təxminən 0,1 dollar), gecə vaxtı isə 38,78 dram (təqribən 0,08 dollar) təşkil edəcək. EES-in verdiyi sifarişdə isə qiymətlərin 17,08 dram (təqribən 0,036 dollar) qaldırılması təklif edilirdi.
Geri dön