Ana Sayfa > M / Karusel / Siyasət / M2 > Ermənilər yiyəsiz qalıb?

Ermənilər yiyəsiz qalıb?


20-06-2015, 16:21. Yazar: Kenan
Ermənilər yiyəsiz qalıb?
Arzu Nağıyev: "Ermənistan narahatdır, çünki bu gün nə Rusiyaya, nə də Qərbə gərək deyil”
Bakı-Moskva yaxınlaşmasını özü üçün böyük təhlükə hesab edən işğalçı Ermənistan Putinin Azərbaycana son səfərindən və buradakı görüşlərindən xeyli təşvişə düşüb. Üstəlik, Rusiyanın Azərbaycana silah-sursat, hərbi texnika satışını yüksək səviyyədə davam etdirməsi təcavüzkarlıq niyyətlərindən daşınmaq istəməyən İrəvanın yuxusunu qaçırıb.

xeberaz.az -in aldigi melumata gore Siyasi şərhçi Arzu Nağıyev ANS PRESS-ə açıqlamasında, ermənilərin üzdə görünən narahatlığını erməni riyakarlığı adlandırdı: "Bordyujanın bəyanatı və Rusiya ilə sonuncu silah satışı ilə bağlı müqavilələr, necə deyərlər, medalın görünən tərəfidir: “Rusiya tək Azərbaycana silah satmır, onun bütün dünyada tərəfdaşları var və bunu açıq şəkildə bəyan edir. Görünməyəni odur ki, paralel olaraq Ermənistanda yerləşən 102 saylı bazaya da silah göndərir və sonradan bu silahın aqibətinin necə olduğu bəlli deyil. Statistikaya baxanda Ermənistanın bizdən də çox silah-sursat aldığı bəlli olur. Həm də öz ərazisində tərəfdaşı olan bir dövlətin silahlı qüvvələri var. Yəni bu narahatçılıq erməni riyakarlığı kimi qiymətləndirilə bilər".

Politoloq ermənilərin başqa səbəbdən narahat olduqlarını bildirdi: "Qərb və Rusiya Azərbaycanı karbohidrat və digər iqtisadi layihələrdə tərəfdaş kimi qəbul edir və bu proses getdikcə reallaşır. Bu gün nə Rusiyaya, nə də Qərbə iqtisadiyyatı tənəzzülə uğramış və gündən-günə siyasi və sosial narazılıqlara və iğtişaşlara gətirib çıxara biləcək Ermənistan gərək deyil. Sadəcə olaraq, Türkiyənin NATO üzvü olması və ümumu sərhədi Ermənistanla Rusiyanın tərəfdaşlığının mövcudluğuna gətirib. Rusiyanın çəkindiyi məqamlardan biri də Orta Asiyada baş qaldıra biləcək dini qüvvələrdir. Yəni Şərqdən də sığortalı deyil. Bütün bu amillərə görə Ermənistan narahatdır”.
Muxbir: Kenan Memmedov
Geri dön