Ana Sayfa > M / Karusel / Hadisə / Aktual > ƏƏSMN ÜNVANLI YARDIMA EHTİYACI OLANI BOŞ PUL KARTI İLƏ ALDADIR, QURUM RƏSMİSİ ÖMƏR ALLAHVERDİYEV İSƏ DOLAYISIYLA...

ƏƏSMN ÜNVANLI YARDIMA EHTİYACI OLANI BOŞ PUL KARTI İLƏ ALDADIR, QURUM RƏSMİSİ ÖMƏR ALLAHVERDİYEV İSƏ DOLAYISIYLA...


3-04-2017, 02:49. Yazar: Xeberaz
ƏƏSMN ÜNVANLI YARDIMA  EHTİYACI OLANI  BOŞ  PUL KARTI  İLƏ  ALDADIR, QURUM RƏSMİSİ ÖMƏR ALLAHVERDİYEV  İSƏ  DOLAYISIYLA...
Redaksiyanın ünvanına video müraciət edən Mingəçevir şəhər sakini Əhmədov Nail Muradalı oğlu (Ş/v AZE №15721129; mob.telefonu: (070)5405679) bildirib ki, himayəsində üç azyaşlı uşaq olaraq 5 nəfərdən ibarət ailəsiylə çox çətin bir durumda yaşayır. Hal-hazırda həyat yoldaşı himayəsində 8 aylıq körpəsi olduğundan hal-hazırda işləmir. Nail özü isə gündəlik fəhləçilik etməklə ailənin dolanışığına gücü çatmadığına görə ünvanlı sosial yardıma ehtiyacı olan bir ailə kimi yaşadıqları Mingəçevir Şəhər ƏSM-nin Sosial Təminat Xidməti İdarəsinə 30.12.2016-cı il tarixində (167177701224001-Abdullayeva Aynurə Əvəz qızının adından (Ş/v AZE № 15719613) elektron qaydada müraciət etmişdir.
Həmin qurumdan tələb edilən bütün müvafiq sənədlər toplanaraq təqdim edilib. N.M. Əhmədov 3 ay sonra həmin quruma dəvət edilmiş və Kapital banka məxsus (üzərində AYNURA ABDULLAYEVA 4169 7418 2838 8526 şifrəsi qeyd olunan, son istifadə müddəti isə 02/19 yazılmış MİNG-1991`292927773699U seriyalı) plastik kartı imza etdirməklə təqdim edilmişdir.
Əhmədovlar ailəsi hamı kimi bu Novruz bayramını keçirmək ümidilə həmin kartı sevincək halda, bayram günlərindən bu günədək Kapital banka məxsus bankomat aparatına daxil edib, 4 rəqəmli kodu daxil etsələr də, manitorda bu kartın hesabına ünvanlı sosial yardım pulunun köçürülmədiyi qyd edilir. Beləliklə də körpə uşaqlı ailə, əziz bayramı beləcə məyus durumda biş-düş etmədən, keçirməli olublar. N.M. Əhmədov müsahibə zamanı onu da bildirdi ki, Nazirliyin 142 Qaynar xəttinə dəfələrlə zəng vurmuş və ərizəçinin şəxsiyyət vəsiqə seriyasını bildirsə də, operator vasitəsilə bildirilir ki, bu haqda heç bir məlumat yoxdur.
Çox maraqlıdır, necə məlumat yoxdur ki, qurumun müvafiq şöbəsində həmin şəxs tərəfindən təqdim edilmiş sənədlər əsasında ünvanlı sosial yardımın bu ailəyə veriməsi məqbul sayılmış və buna müvafiq olaraq Plastik pul kartı da imza atılmaqla təqdim olunmuşdur ?
Məsələylə bağlı 30 mart, 2017-ci il tarixində mən mövcud sənədlərin surətlərini götürüb Nazirliyin Dövlət Sosial Müdafiə Fonduna gəldim. Mühafizə polisi sənədlərə baxış keçirib müvafiq qaydada məni 3-cü mərtəbədə yerləşən Ünvanlı sosial Yardım üzrə vətəndaşları qəbul edən şöbəyə istiqamətləndirdi. Nahar fasiləsindən qayıdan , özünü həmin qəbul şöbəsində Pensiya sektoru ilə bağlı vətəndaşları qəbul edən qurum rəsmisi kimi təqdim edən Bayram müəllim masa arxasına keçərək zala elan elədi ki, Ünvanlı Yardım şöbə üzrə qəbul edən Ömər Abdullayev hələ nahardadır, kim istəyir buyursun ərizə kodunu versin kompüterdə yoxlayım cavab verim sizə. Mən də dərhal Əhmədovlar ailəsinin bütün sənədlərini ona təqdim edib cavabı gözləyirdim ki, Bayram müəllim ərizəçi Aynurə Abdullayevanın adına olan 1671777012240 kodunu daxil edib mənə bildirdi ki, bu ailəyə təyin olunan 202 manat ünvanlı sosial yardım məbləği artıq dayandırılmışdır. Çox keçmədi ki, nahardan qayıdan aidiyyatı üzrə məsul şəxslər- Cavid müəllim və Ömər Abdullayev zala daxil olub qəbula davam elədilər. Cavid müəllim məndən müvafiq sənədləri istədi ki, yoxlayıb cavab versin, mən də təkrarən həmin sənədləri və ərizə kodunu ona təqdim etdim. Cavid müəllim bir daha Bayram müəllimin mənə bildirdiyi cavabı təkrar elədi ki, bu ailəyə yardım dayandırılıbdır. Dayandırılma ifadəsi isə onu deməyə əsas verir ki, ünvanlı sosial yardımın bu ailəyə verilməsinə “Start” verilibmiş, sonradan isə müəmmalı səbəbdən (?!) buna “Stop” komandası verilmişdir. Əlavə olaraq Cavid müəllim onu da bildirdi ki, bu ərizəçi 12 ay üzrə illik açdırdığı VÖEN: 2701137842 üzrə vergi ödəməlidir, bundan sonra bu ailəyə Ünvanlı sosial yardım davam etdiriləcəkdir. Mən isə ondan bu ödəniş olunmazdan öncə nə əcəb üzərində son tarix 02/2019 ili olan Plastik kartın tərtib olunaraq 12 ay öncədən vətəndaşa təqdimatının səbəbini soruşduqda, bu ifşa edici suala dərhal müdaxilə edən Ömər Abdullayev mənə bidirdi ki, mən Cavidin rəhbəriyəm, mənimlə danış! Mənimlə qısa sorğunu yarımçıq qoyan Ömər müəllim Cavidlə kənarda pıçıldaşaraq, o biri kabinetdən printer qurğusundan bir neçə dəqiqə sonra mənə Ünvanlı Sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair Bildiriş № f3e5006190204436bdc966c53e88b15f seriyalı sənəd çıxarıb verdi. Sənəddə isə qeyd olunur ki, vətəndaş Abdullayeva Aynurə Əvəz qızının məlumatları tələblərə uyğun olmadığı üçün imtina edilmişdir.
İndi bu müəmmalı məsələylə bağlı maraqlı suallar ortaya çıxır:
1. Əgər müraciətçi ailə ünvanlı sosial yardım almazdan öncə qeyd edilən 12 aylıq vergi ödənişi həyata keçirməlidirsə, plastik kartın təqdimat tarixi 02\2017-ci ildirsə (qeyd: 2 il müddətinə bu yardım verilir), ödənişdən sonra tarix gəlib 2018-ci ilə qədər çıxırsa, bu ailə hələ ünvanlı yardım ala bilmirsə, yerdə qalan bir il, yəni 02\2019-cu ilədək olan bir dövrdə ödəmə hansı qaydada və necə aparılacaqdır?
2. Ömər müəllim və ya başqa məsul şəxs imtina haqda bildiriş sənədini niyə bu vaxtacan vətəndaşın yaşadığı ünvana rəsmi şəkildə ünvanlamayıb? Nədən bu sənəd müraciət edənə göndərilmək əvəzinə bizə təqdim edilməliydi?
Əhalinin güvənc yeri və “Əhalinin sosial müdafiəsi” sözlərini üzərində “daşıyan” bir qurum, vətəndaşları müdafiə etmək əvəzinə, sözün əsl mənasında aldatmaq və süründürməçiliklə hissləri ilə oynamalıdır?!
Biz isə öz növbəmizdə məcburiyyət qarşısında qalaraq vətəndaşın videomüraciətinə əsaslanaraq bu qurumda baş verənlər barədə ƏƏSMN-ə, şəxsən cənab Səlim Müslümova müraciət etməklə çatdıraq, özü də bunları sübut edən aşağıdakı videomateriallarla!
Mövzu nəzarətdə saxlanılır...
Hazırladı: Xəyyam Qurbanlı




Geri dön