Ana Sayfa > M / Karusel / Dünya > Türkiyədəki refrendumla bağlı səsvermə başladı

Türkiyədəki refrendumla bağlı səsvermə başladı


2-04-2017, 01:52. Yazar: Xeberaz
Türkiyədəki refrendumla bağlı səsvermə başladı
Bu gündən etibarən ABŞ-da yaşayan Türkiyə vətəndaşları konstitusiya dəyişikliyi ilə bağlı səsverməyə başlayırlar.
"Xəbəraz.az " xəbər verir ki, Türkiyədə 16 apreldə keçiriləcək referendumla bağlı ABŞ-dakı 7 nümayəndəlikdə səsvermə prosesi üçün hazırlıqlar tamamlanıb və səhər saatlarında seçkiyə start veriləcək.

ABŞ-da yaşayan 100 mindən çox türkiyəli Nyu York, Vaşinqton, Boston, Mayami, Hyüston, Çikaqo və Los Angelesdəki nümayəndəliklərdə 9 aprelə kimi səs verə biləcəklər.

İlkin məlumatlara görə, Nyu Yorkda artıq 300 seçici səsini verib.
Geri dön