Ana Sayfa > M / Karusel / Gündəm / Hadisə / M2 > Bakıda 17 yaşlı oğlan itkin düşdü (FOTO)

Bakıda 17 yaşlı oğlan itkin düşdü (FOTO)


20-06-2015, 12:50. Yazar: Kenan
Bakıda 17 yaşlı oğlan itkin düşdü (FOTO) Bakıda 17 yaşlı gənc itkin düşüb. Rasim İsrafil oğlu Cəmilov Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinə müraciət edərək, oğlu 1998-ci il təvəllüdlü Nurlan Rasim oğlu Cəmillinin itkin düşdüyün bildirib.

XEBERAZ.AZ xeber verir ANS PRESS-in məlumatına görə, o, bildirib ki, oğlu 31 may 2015-ci il tarixində yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Nurlan Cəmillinin əlamətləri: boyu 140 santimetr, gözlərinin rəngi qara, arıq bədən quruluşlu, saçlarının rəngi qara, xüsusi əlamətləri yoxdur.

Nurlan Cəmillinin yerini bilənlərdən və onun haqqında məlumatı olan şəxslərin Xəzər rayon Polis İdarəsi və 2-ci polis bölməsinə müraciət etmələri xahiş olunur.

Həmçinin Nurlan Cəmilli haqda hər hansı məlumatı olanlar bu barədə 012-453-02-02 şəhər nömrəsinə zəng edərək məlumat verə bilərlər. Kenan Memmedov
Geri dön