Ana Sayfa > M / Karusel / Hadisə > Xırdalanda atışma: ölən və yaralanan var

Xırdalanda atışma: ölən və yaralanan var


31-03-2017, 09:50. Yazar: Xeberaz
Xırdalanda atışma: ölən və yaralanan var
Gecə saatlarında Abşeron rayonunda bir neçə nəfərin iştirakı ilə silahlı insident baş verib.

"Xəbəraz.az "xəbər verir ki, hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində qeydə alınıb.

İnsident nəticəsində, hələlik soyadı məlum olmayan Valeh adlı şəxs başından güllələnərək qətlə yetirilib. Xəyal Paşayev adlı digər şəxs isə odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Hadisə yerindən maddi sübut kimi bir ədəd "Makarov" tipli tapança götürülüb.
Geri dön