Ana Sayfa > M / Karusel / Siyasət / Dünya / M2 > Davudoğlu bayrama qədər hökuməti qurmaq istəyir

Davudoğlu bayrama qədər hökuməti qurmaq istəyir


20-06-2015, 11:40. Yazar: Xeberaz
Davudoğlu bayrama qədər hökuməti qurmaq istəyir

Artıq kulvarlarda MHP-yə veriləcək nazirliklər barədə danışıqlar da başlayıb.

Seçkidən sonra hökuməti qurmaq üçün formulların müzakirə olunduğu Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) məqsədi ramazan bayramına qədər yeni hökuməti qurmaqdır.xeberaz.az xeber verir ki, ANS PRESS-in məlumatına görə, qeyri-rəsmi təmaslar nəticəsində MHP-dən müsbət siqnallar alan AKP bu partiya ilə koalisiya qurmaq üçün işə başlayıb. Artıq kulvarlarda MHP-yə veriləcək nazirliklər barədə danışıqlar da başlayıb.

Ehtimal olunan AKP-MHP koalisiası zamanı Daxili İşlər, İnkişaf, Gənclik və İdman, Ərzaq və Kənd Təsərrüfatı nazirlikləri ilə bir baş nazirin müavini vəzifəsinin MHP-yə veriləcəyi güman olunur.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) ilk iclası iyunun 23-də saat 15.00-də keçiriləcək. Açılışı ən yaşlı üzv kimi CHP-nin Antalya millət vəkili Dəniz Baykal edəcək. Bu toplantı zamanı millət vəkilləri and içəcək və bundan sonra TBMM-nin işinə 5 gün fasilə veriləcək.

Bundan sonra prezident Rəcəb Tayyib Ərdoğan ən çox səs toplayan partiyanın sədrinə, AKP sədri Əhməd Davudoğluna hökuməti qurmaq vəzifəsini verəcək. Davudoğlunun iyunun son həftəsində TBMM-də qrupu olan siyasi partiyaların liderləri ilə tək-tək görüşməsi gözlənilir.

Əhməd Davudoğlu millət vəkili sayına görə növbə ilə bütün partiyaların sədri ilə görüşəcək. AKP-nin əvəla CHP və MHP ilə koalisiya variantlarının üzərində dayanması gözlənilir. Amma AKP-də aparılan məsləhətləşmələrdə partiya üzvlərinin MHP ilə qurulacaq koalisiya hökumətinə müsbət baxdıqları bildirilir. Davudoğlunun hədəfi ramazan bayramını yeni hökumətlə qarşılamaqdır.

Görüşmələrdən heç bir nəticə hasil olmayacağı təqdirdə Ərdoğan hökuməti qurnaq vəzifəsini CHP-nin sədri Kamal Kılıçdaroğluna verəcək. MHP-nin HDP ilə birlikdə olmayacağını bir neçə dəfə bəyan etməsi səbəbindən CHP AKP-siz heç bir variantdan nəticə əldə edə bilməyəcək. Bu təqdirdə ölkədə yenidən parlament seçkisinin keçirilməsi müzakirə olunacaq.
Geri dön