Ana Sayfa > M / Karusel / Gündəm / İdman / M2 > Prezident Qarabağ qazisi ilə görüşdü

Prezident Qarabağ qazisi ilə görüşdü


20-06-2015, 11:19. Yazar: Xeberaz
Prezident Qarabağ qazisi ilə görüşdü

Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərən fotoreportyor İlham Məhərrəmov fiziki sağlamlığını Qarabağ uğrunda gedən döyüşlərdə itirib

Dünən Avropa Oyunlarında taekvondo üzrə qızıl medala sahib olan Radik İsaevə medalın təqdim olunması mərasimindən sonra prezident İlham Əliyev əlil arabasında olan fotoreportyor İlham Məhərrəmovla görüşüb.

xeberaz.az-ın xəbərinə görə, bu barədə İlham Məhərrəmov özü "facebook" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, prezidentin onunla görüşü tribunlarda olan tamaşaçılar tərəfindən də alqışlarla qarşılanıb.

Qeyd edək ki, Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərən fotoreportyor İlham Məhərrəmov fiziki sağlamlığını Qarabağ uğrunda gedən döyüşlərdə itirib.

Geri dön