Ana Sayfa > M / Karusel / İdman / M2 > Bakı-2015: Radik İsayevə qızıl medalı İlham Əliyev təqdim etdi

Bakı-2015: Radik İsayevə qızıl medalı İlham Əliyev təqdim etdi


20-06-2015, 09:55. Yazar: Xeberaz
Bakı-2015: Radik İsayevə qızıl medalı İlham Əliyev təqdim etdi

Radik İsayev Azərbaycana 13-cü qızıl medalı qazandırıb

Bakı-2015 I Avropa Oyunlarında Azərbaycana 13-cü qızıl medalı taekvondoçumuz Radik İsayev qazandırıb.xeberaz.az xeber verir ki, Apasport.az saytının məlumatına görə, +80 kq çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə Rusiya təmsilçisi Vladislav Larinə qalib gəlib.

Nəticədə İsayev çempion olaraq, ilk Avropa Oyunlarının birincisi adına layiq görülüb.

Bu görüşü Azərbaycan Prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da tribunadan izləyib.

Fəxri kürsüyə qalxan İsayevə qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib.

Daha sonra himn sədaları altında dövlət bayrağımız dalğalanıb.
Geri dön