Ana Sayfa > M / Karusel / Siyasət > Prezident onlara general-mayor rütbəsi verdi - Yenilənib

Prezident onlara general-mayor rütbəsi verdi - Yenilənib


27-03-2017, 22:28. Yazar: Xeberaz
Prezident onlara general-mayor rütbəsi verdi - Yenilənib
Azərbaycan prezidenti İlham Əliyev martın 27-də Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin bir qrup əməkdaşının təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.
"Xəbəraz.az " xəbər verir ki, sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini Ceyhun Vaqif oğlu Şadlinskiyə general-mayor ali hərbi rütbəsi verilsin.

***

Ölkə başçısının imzaladığı digər sərəncama əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik Rauf Rafiq oğlu Xələfova

polkovnik İlqar Əli oğlu Musayevə

polkovnik Sahib Novruz oğlu Nağıyevə

polkovnik Asif Mustafa oğlu Rüstəmova
Geri dön