Ana Sayfa > M / Karusel / İdman / M2 / Fotogalereya > Azərbaycanın növbəti qızıl medalı

Azərbaycanın növbəti qızıl medalı


17-06-2015, 21:34. Yazar: Xeberaz
Azərbaycanın növbəti qızıl medalı
Xetaq Qazyumov Gürcüstan təmsilçisi Elizbar Odikadze ilə üz-üzə gəlib
Bakı 2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarının ilk günü millimiz 2-ci qızıl medalını qazanıb.

Xeberaz.az ANS PRESS-ə istina xəbər verir ki, Avropa Oyunlarının sərbəst güləş yarışlarında Azərbaycanı 97 kq çəkidə təmsil edən Xetaq Qazyumov Heydər Əliyev adına İdman Sarayında keçirilən final qarşılaşmasında Gürcüstan təmsilçisi Elizbar Odikadze ilə üz-üzə gəlib.

Olimpiya oyunlarının ikiqat bürünc mükafatçısı, Dünya çempionatının qızıl və gümüş medalçısı osetin əsilli güləşçimiz gərgin mübarizə şəraitində keçən final görüşündə gürcü rəqibini 3:1 hesabı ilə yenərək Avropa Oyunlarının qızıl medalına sahib olub.

97 kq
1/16 final - Radoslav Baran (Polşa) - Xetaq Qazyumov 0:10
1/8 final - Nikolay Çeban (oldova) - Xetaq Qazyumov 0:4
1/4 final - Xetaq Qazyumov - İbrahim Saidov (Belorus) 2:1
1/2 final - Abdusalam Qadisov (Rusiya) - Xetaq Qazyumov 2:4
FİNAL - Elizbar Odikadze (Gürcüstan) - Xetaq Qazyumov 1:3
Geri dön