Ana Sayfa > M / Karusel / Dünya / M2 / Xəbəraz TV / Fotogalereya > Tbilisidə pələng insanı parçaladı

Tbilisidə pələng insanı parçaladı


17-06-2015, 16:17. Yazar: Xeberaz
Tbilisidə pələng insanı parçaladı
Yırtıcı öldürülüb.

Gürcüstanın Daxili İşlər Nazirliyi KİV-də Tbilisi zooparkının yaxınlığında yerləşən, “Laquna verne” hovuzu ətrafı ərazidə daşqın zamanı zooparkdan qaçan yırtıcının insanı parçalamasına dair yayılmış xəbəri təsdiqləyib.

“Biz faktı təsdiqləyirik. Müvafiq xidmətlər mobilizə edilib”, - DİN-in “112” Təcili yardım əməliyyat idarəsi Mərkəzinin mətbuat xidmətinin əməkdaşı bildirib.

“İmedi” kanalının məlumatına görə, insanı parçalayan pələng Tbilisinin mərkəzində öldürülüb.

Geri dön