Ana Sayfa > M / Karusel / Dünya / M2 / Foto-fakt / Fotogalereya > Atatürk Hava Limanına ildırım düşdü: 2 yaralı

Atatürk Hava Limanına ildırım düşdü: 2 yaralı


17-06-2015, 15:05. Yazar: Xeberaz
Atatürk Hava Limanına ildırım düşdü: 2 yaralı
Təyyarələrin yanında işləyən 2 işçi də yüngül xəsarət alıb.
İstanbulu ötən gün axşam saatlarında əsarəti altına alan güclü yağış Atatürk Hava limanında təsirli olub.

Xeberaz.az ANS PRESS-ə xəbər verir ki, hava limanının 2 işçisinin yaxınlığına ildırım düşüb. İşçilər yüngül yaralanıb.

Türkiyə vaxtı ilə 18.00 da təsirini artıran yağış və güclü ildırıma görə bəzi təyyarələr uçuş xəttinə yaxınlaşa bilməyiblər. Bəziləri isə havada uzun müddət dövrə vurmalı olub, bəziləri başqa hava limanlarına yönləndirilib.

Park edilmiş halda olan 2 təyyarəyə ildırım düşüb, təyyarələrin altında işləyən 2 işçi də yüngül xəsarət alıb. Kadir Fidancı və Emre Kardeniz adlı 2 hava limanı işçisi, Asiana Hava Yolları və Səudiyyə Ərəbistanı təyyarələrinin qalxması üçün hazırlıqlarını edərkən ildırım düşüb.

İşçilər vəziyyətlərinin yaxşı olduğunu bildiriblər. İldırım vuran Emre Karadeniz, “Qulaqlıq taxmışdım. İldırım qulaqlıqdan keçib. Özümü yaxşı hiss edirəm” deyib.
Geri dön