Ana Sayfa > M / Karusel / Siyasət > Ərdoğan: "Azərbaycanla Ermənistan arasında müharibə riski artıb"

Ərdoğan: "Azərbaycanla Ermənistan arasında müharibə riski artıb"


10-03-2017, 19:57. Yazar: Xeberaz
Ərdoğan: "Azərbaycanla Ermənistan arasında müharibə riski artıb"

"Dağlıq Qarabağ münaqişəsinin həlli təcili addımlar tələb edir. Təmas xəttində baş verənlər vəziyyətin nə qədər kritik olduğunu, Azərbaycanla Ermənistan arasında yeni müharibə riskinin nə qədər artdığını göstərir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib.

R. T. Ərdoğan münaqişənin həlli üzrə hərtərəfli müzakirələrin tezliklə başlamasını zəruri hesab etdiklərini bildirib: “ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin həllində qabaqcıl rol oynaya biləcəyinə inanırıq”.

Geri dön