Ana Sayfa > M / Karusel / Dünya / M2 / Fotogalereya > BMT son həftələrdə Suriyanın şimalından Türkiyəyə 23 min qaçqın keçdiyini bildirib.

BMT son həftələrdə Suriyanın şimalından Türkiyəyə 23 min qaçqın keçdiyini bildirib.


17-06-2015, 00:40. Yazar: Xeberaz
BMT son həftələrdə Suriyanın şimalından Türkiyəyə 23 min qaçqın keçdiyini bildirib.


Xeberaz.az -ın məlumatına görə, bu barədə BMT-nin qaçqınlar üzrə Ali kommisarının sözçüsü William Spindler xəbər verib.

Onun sözlərinə görə, onların əksəriyyəti sərhəddə yerləşən Tel-Abyad şəhərindən gəliblər. Spindel bildirib ki, qaçqınların arasında İraqın Mosul, Ramadi və Əl-Fəllucə şəhərlərindən olan 2183 iraq qaçqını da var.

İŞİD terror qruplaşmasının nəzarətində olan bu şəhər iyunun 15-də “Kürd xalq müdafiə qüvvələri” nin nəzarətinə keçib.

Əməliyyatda ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın təyyarələri də iştirak edib. Hazırda Suriya və İraqın bir sıra əyalətləri İslam Dövləti yaraqlılarının nəzarətindədir.

Amma bu qrup son vaxtlar İraq-Suriya-Türkiyə sərhədi boyunca xeyli ərazidən çıxarılıb.
Geri dön