Ana Sayfa > M / Karusel / İdman / M2 > "Qəbələ" 1 milyon avroluq futbolçu transfer etdi

"Qəbələ" 1 milyon avroluq futbolçu transfer etdi


17-06-2015, 00:34. Yazar: Xeberaz
"Qəbələ" 1 milyon avroluq futbolçu transfer etdi
26 yaşlı hücumçu "Qəbələ" ilə münasibətlərini Ərzurumda rəsmiləşdirib
2015/16 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov və Vitali Vernidubu heyətinə qatan “qırmızı-qaralar” daha bir legioner transferini reallaşdırıb.

Xeberaz.az xəbər verir ki, bölgə klubu Estoniya milli komandasının futbolçusu Sergey Zenyovla 2 illik müqavilə imzalayıb. 26 yaşlı hücumçu "Qəbələ" ilə münasibətlərini Ərzurumda rəsmiləşdirib.

Estoniyalı legionerin son klubu Rusiyanın “Torpedo” (Moskva) komandası olub. O, 2015-ci ilin əvvəlində bu kluba keçib. Vətənində “Pyarnu” (2006) və TFMK (2006-08) klublarında çıxış edən Zenyov 2008-ci ildən legioner həyatı yaşayır. 2008-14-cü illərdə Ukraynanın “Karpatı” klubunun şərəfini qoruyan hücumçu ötən il İngiltərənin “Blekpul” komandasında çıxış edib.

2008-ci ilə qədər U-21-in üzvü olan Sergey 7 ildi Estoniyanın əsas yığmasının şərəfini qoruyur. O, millidə 45 oyunda 11 qol vurub. AVRO-2016-nın seçmə mərhələsinin iyunun 14-də baş tutan son qarşılaşmasında dubla imza atan hücumçu San Marino üzərində qələbədə (2:0) əsas pay sahibi olub.

"Transfermarkt" saytı ona 1 milyon avro qiymət qoyub.
Geri dön