Ana Sayfa > M / Karusel / Siyasət / M2 / Xəbəraz TV / Ekskluziv > İlham Əliyevdən sətiraltı mesaj (VİDEO)

İlham Əliyevdən sətiraltı mesaj (VİDEO)


16-06-2015, 23:20. Yazar: Xeberaz
İlham Əliyevdən sətiraltı mesaj (VİDEO)
Dilimizə qiymət verək ki, özümüzə də hörmət etsinlər
Avropaya qapılarını açan Azərbaycan Bakıdan Avropaya elə doğma dilində səsləndi. Azərbaycan prezidenti İlham Əliyevin açılış mərasimində doğma dilində səsləndirdiyi “İlk Avropa Oyunlarını açıq elan edirəm” cümləsi də ölkənin dilinə hörmətinin göstəricisidir.

Azərbaycanın mötəbər idman tədbirinə ev sahibliyi etməsi onun idman ənənələrinə sadiq olması ilə barəbər həm də tarixini, mədəniyyətini, mətbəxinin nümayişi baxımından az əhəmiyyətli deyil.

Bu aralar ölkəmizə xarici qonaqların üz tutması həm də ana dilimizin təbliği tərəfdən böyük önəm daşıyır.

Avropa Oyunlarından söz açmışkən, Azərbaycanın milliləşdirilmiş ukraynalı idmançıları Azərbaycan dilində dövlət himnini oxumaqla nümunə oldular - karateçi İrina Zaretska və güləşçi Mariya Stadnik fəxri kürsünün ən yüksək pilləsindən bu qüruru bizə yaşatdılar.

Yarışları işıqlandıran jurnalistlər də dilimizə laqeyd deyillər. Məsələn, əməkdaşlarımız İspaniyadan, Latviya və digər ölkələrdən olan həmkarlarımızın Bakıya gəldikləri bir neçə gündə Azərbaycan sözləri öyrəndiklərinin şahidi olublar.

Azərbaycana yarışlara görə turist axını var. Bundan sonra da minlərlə əcnəbinin ölkəmizə gəlişi gözlənilir. Düzdü, turist bir neçə günlük səfər edir və bu müddətdə ona yalnız bəzi sözləri öyrətmək olar. Elə bələdçilər də bunu edə bilərlər.

Əksər xarici dövlətlərdə isə ölkəyə gələn miqrantlarla əlaqədar qərarlar sərtləşdirilib. Elə qonşu Rusiya qanunlarına görə bu ölkədə qalıb işləyən şəxsin rus dilini bilməsi vacibdir.

Azərbaycana da əmək miqrantları gəlir. Oxşar qanun burada tətbiq oluna bilər. Dilimizi qavramaq heç də çətin deyil, biz əcnəbiyə qəzəllərimizlə muğam oxumağı, hətta Şəki ləhcəsində danışmağı öyrədə bilmişik.

Erməni əsilli olduğu söylənilən şair - Ozan Sayat “Nova” şeirlərinin böyük hissəsini Azərbaycanca yazıb. Çünki deyirdi ki, Azərbaycan dili rəvan, musiqili dildi.

Fransız yazıçısı Aleksandr Düma isə yazırdı ki, Avropada Fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili bir o qədər əhəmiyyətlidir.

Geri dön