Ana Sayfa > M / Karusel / Gündəm / Təbriklər > Xəbəraz.az 2 yaşını qeyd edir

Xəbəraz.az 2 yaşını qeyd edir


2-03-2017, 14:55. Yazar: Xeberaz
Xəbəraz.az 2 yaşını qeyd edir


Bu gün ölkənin populyar media qurumlarından olan "Xəbəraz.az " informasiya saytının fəaliyyətə başlamasından 2 il ötür.

Portal belə qısa müddət ərzində Azərbaycanın ən çox oxunan internet resursları sırasına daxil olub.

Bu müddət ərzində "Xəbəraz.az " böyüyüb, daha funksional olub, kifayət qədər auditoriya qazanıb və oxucularının sayını artırmağa davam edir.

İlk günündən səhih və dəqiq xəbərlər, baş verən hadisələrə mütəxəssis və ekspertlərin rəyləri, obyektiv informasiyalar vermək yolunu seçmiş saytın oxucularının sayı fasiləsiz artmaqdadır. Artıq stabil hal almış bu artım "Xəbəraz.az "İnternet portalındakı kontent, informasiya və xəbərlərə olan tələbatla bağlıdır.


Fəaliyyətimiz baş verən hadisələrlə bağlı oxucularımızı obyektiv, sürətli və ən başlıcası, vaxtında məlumatlandırmaqla yanaşı, Azərbaycanın informasiya məkanının ümumi inkişafına xidmətdir.


Bu 2 illik fəaliyyətimizdə bizə dəstək olan hər kəsə təşəkkür edirik!



Geri dön