Ana Sayfa > M / Karusel / İdman / M2 / Foto-fakt / Fotogalereya / Təbriklər > Mehriban Əliyeva Stadnikə qızıl medalı şəxsən təqdim etdi (FOTO)

Mehriban Əliyeva Stadnikə qızıl medalı şəxsən təqdim etdi (FOTO)


15-06-2015, 20:37. Yazar: Xeberaz
Mehriban Əliyeva Stadnikə qızıl medalı şəxsən təqdim etdi (FOTO)
Stadnik finalda bolqarıstanlı idmançı Elitsa Yankovanı 12:1 hesabı ilə məğlub edib
Azərbaycanın birinci xanımı, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunlarında qadən güləşçilərimizin mükafatlandırılması mərasimində iştirak edib.

Xeberaz.az -ın məlumatına görə, Mehriban Əliyeva Avropa Oyunlarında 48 kiloqram çəki dərəcəsində birinci olan güləşçimiz Mariya Stadnikə qızıl medalı təqdim edib.

Mariya Stadnik finalda bolqarıstanlı idmançı Elitsa Yankovanı 12:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan güləşçiləri Avropa Oyunlarında artıq 3-cü qızıl medalı qazanıblar.

Yarışların ilk iki günündə kişi güləşçilərimiz iki dəst, ümumilikdə 6 medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) isə bürünc medala sahib olublar.







Geri dön